“Çelsi”nin “qol silahı” derbini buraxacaq
10.04.2015 - 16:38
“Çelsi”nin “qol silahı” derbini buraxacaq

“Çelsi” “qol silahı” Dieqo Kostanı itirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, İspaniya millisinin hücumçusu zədələnib.

 

Həkimlər Premyer Liqanın bombardirinin dizaltı vətərində ciddi zədə aşkarlayıblar və onun qarşıdakı 4 matçda komandasına kömək edə bilməyəcəyini açıqlayıblar. Beləliklə, Braziliya əsilli forvard “Kuinz Park Reyncers”, “Mançester Yunayted”, “Arsenal” və “Lester”lə oyunları buraxmalı olacaq.

 

Qeyd edək ki, bu mövsüm Premyer Liqada 19 qola imza atan Dieqo Kosta hazırda Harri Keynlə (“Tottenhem”) birlikdə bombardirlə yarışına başçılıq edir.