“Çelsi”nin futbolçusu “Yuventus” yolunda
03.07.2015 - 13:26
“Çelsi”nin futbolçusu “Yuventus” yolunda

“Çelsi”nin braziliyalı yarımmüdafiəçisi Villian karyerasını İtaliyada davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, “Yuventus” 27 yaşlı futbolçu ilə yaxından maraqlanır.

 

Turin klubunun rəhbərliyi hələ ki, Villianla danışıqlara başlamayıb. Bununla belə, “qoca sinyora” nəyin bahasına olursa-olsun, sözügedən futbolçunu heyətinə qatmaq istəyir.

 

Qeyd edək ki, “Korintians” klubunun yetirməsi olan Villian karyerası ərzində “Çelsi”dən əvvəl “Şaxtyor” və “Anji”nin da formasını geyinib. O, 2011-ci ildə debüt etdiyi Braziliya yığmasında 26 oyunda 4 qol vurub.