“Çelsi”nin keçmiş futbolçusuna 9 ay həbs cəzası verildi
19.06.2015 - 20:17
“Çelsi”nin keçmiş futbolçusuna 9 ay həbs cəzası verildi

“Çelsi”nin və İngiltərə milli komandasının keçmiş hücumçusu Kerri Dikson həbs cəzasına məruz qalıb. Apasport.az saytının “The Guardian”a istinadən veridiyi məlumata görə, 53 yaşlı keçmiş futbolçu gecə klubunda baş vermiş instindentə görə 9 ay azadlıqdan məhrum edilib.

 

Bedfordşirdə barların birində düşən davada Dikson iki nəfərə hücum etməkdə və onları döyməkdə günahkar bilinir. İnstident zamanı baş verənlər məkanın güvənlik kamerası ilə qeydə alınıb. Həbsə səbəb də məhz mövcud vieogörüntülər olub.

 

Xatırladaq ki, Dikson 1983-1992-ci illər arasında “zadəganlar”ın forması ilə meydana çıxdığı 335 oyunda 147 qola imza atıb.