“Çelsi”nin oyunçusu teleaparıcının başına şampan şərabı tökdü
08.06.2014 - 23:31
“Çelsi”nin oyunçusu teleaparıcının başına şampan şərabı tökdü

 

Los-Anceles polisi İngiltərə yığmasının keçmiş oyunçusu Eşli Koulu istintaqa cəlb edib. Apasport.az saytının məlumatına görə, Koul gecə klubunda MTV telekanalının aparıcısı Donatella Panayotaya hücumda şübhəli bilinir.

 

“Çelsi”nin 33 yaşlı oyunçusu Panayotanın başına şampan şərabı töküb və “Nəyə görə etdiyimi bilirsən” deyib. Bundan sonra tərəflər bir-birinə hücum ediblər və onları klubun mühafizəçiləri ayırıb. Dava zamanı Donatella Panayota Eşli Koula şillə vurub.

 

Qeyd edək ki, bir qədər öncə millidəki karyerasını başa vurduğunu elan edən Koul bir neçə dəfə polislə üzləşib. O, 2009-cu ildə ictimai qaydanı pozmaqda və kefli halda avtomobil sürməkdə ittiham edilərək, həbs olunub. 2011-ci ildə isə “Çelsi”nin bazasında tələbəni pnevmatik silahdan güllələyib.