“Dik dayanmaq, çalışmaq və ruhdan düşməmək lazımdı”
16.04.2016 - 00:11
“Dik dayanmaq, çalışmaq və ruhdan düşməmək lazımdı”

Son vaxtlar İspaniya mətbuatında sərt tənqid olunan "Barselona"nın yarımmüdafiəçisi Arda Turan tənqidlərə cavab verib. Apasport.az saytının məlumatına görə, türk futbolçu şəxsi instaqram səhifəsində tənqidlərə görə ruhdan düşməyəcəyini, sonadək mübarizə aparacağını yazıb:

 

"Rəbbim nə yaşadırsa, mənim üçün xeyirlisi odu. Sonuna qədər çalışacam. Çətin zamanın da öz xeyiri var - çürüklər ortaya çıxır. İndi dik dayanmaq, çalışmaq və ruhdan düşməmək lazımdı. Bu, mənim ruhumda var. Qarşıda alınacaq iki kubok var. Sonuna qədər çalışacam. Bu formanı geyindiyim üçün fəxr edirəm".

0