“Yalnız indi təşkilati müşavirə başa çatdı. Turnirin keçirilməsi, komandaların yerləşdirilməsi, qidalanması və başqa məsələlər ilə bağlı bütün vacib məsələlər qaldırıldı. Qeyd edərdim ki, hər şey yüksək səviyyədə keçdi”. Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə “Dinamo” klubunun baş direktoru Qalina Danilkina deyib.
Bir az əvvəl “Hilton” otelində futzal üzrə UEFA kubokunun yerli və UEFA təşkilat komitələrinin iclası keçirilib. İclasda final mərhələsində mübarizə aparacaq “Barselona”, “Dinamo”, “Kayrat” və “Araz” klublarının nümayəndələri də iştirak edib. Bu tədbirdə Moskva təmsilçisini Danilkina təmsil edib.
O, təşkilatçılıqdan razı qaldığını ürəkdolusu qeyd edib: “Bizə artıq futzalçıların qalacağı oteli göstəriblər. Bu, 5 ulduzlu “Hilton” otelidir. Rahat deyə bilərəm ki, oyunçuların yerləşdirilməsi əla olacaq. Biz oyun zalına da baxdıq. “Sərhədçi” Olimpiya İdman Kompleksində kifayət qədər əla şərait var. Kompleks 2 yan tribunalara malikdir və 2200-ə kimi azarkeş tutur. VİP tribunası matçlara baxmaq üçün kifayət qədər rahatdır. Xüsusən paltardəyişmə otaqlarını vurğulayardım. Onlardan 2-si əlverişlidir. Qalan 2-si isə az əlverişsiz olsa da, olduqca rahatdır. Media mərkəzi yumşaq oturacaqlar, internet və jurnalistlərin işləməsi üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub. Bir daha təşkilatçılığı qeyd etmək istərdim. Hər şey qaydasında, gecikmə olmadan və zərərsiz gedir”.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi