Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ın rəqibi olacaq “Dnepr” Azərbaycana yubiley dalınca gəlib. Apasport.az saytının məlumatına görə, Dnepropetrovsk təmsilçisi Bakıda baş tutacaq görüşdə qitənin ikinci dərəcəli klub turnirində 40-cı qələbəsini qazanmaq iddiasındadı.
Ukrayna klubu əvvəl UEFA kuboku, 2009-cu ildən Avropa Liqası adlanan yarışda keçirdiyi 85 matçda 39 qələbə qazanıb, 18 heç-heçə edib və 28 dəfə məğlub olub. Rəqib qapılarına 126 top vuran “Dnepr” 95-ni buraxıb.
Bu matç qonaqların noyabrın 6-da keçirilən 3-cü oyunu olacaq. 1985-ci ildə məşhur “Eyndhoven”i (Hollandiya) bir, 2000-ci ildə “Dinamo”nu (Xorvatiya) iki cavabsız qolla məğlub edən ukraynalılar bu tarixdə uduzmayıb.
Qeyd edək ki, “Dnepr”in 40-cı qələbə arzusu ilə çıxacağı oyun “Qarabağ”ın bu turnirdəki 40-cı matçı olacaq.