“Dnepr”in baş məşqçisi: Psixoloji cəhətdən hazır olmalıyıq
31.10.2014 - 20:04
“Dnepr”in baş məşqçisi: Psixoloji cəhətdən hazır olmalıyıq

“Bizi qarşıda çətin oyunlar gözləyir. Bu matçlarda motivasiyamız öz sözünü deyəcək”. Apasport.az xəbər verir ki, bu sözləri “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.

 

Avroliqanın qrup mərhələsinin IV turunda “Qarabağ”la qarşılaşacaq Dnepropetrovsk təmsilçisinin çalışdırıcısı Ukrayna Premyer Liqasının X turunda Kiyev “Dinamo”su ilə qarşılaşmadan öncə jurnalistlərin suallarını cavablandırıb.

 

Markeviç həm daxili çempionatda, həm də Avropa Liqasında onları çətin oyunlar gözlədiyini bildirib: “Biz psixoloji cəhətdən hazır olmalıyıq. Ukrayna kubokunda oynadıq, indi çempionatda oyunumuz var, sonra da Avroliqada. Elə də asan olmayacaq. Komandamda ciddi problemlər yoxdu. Yenə təkrar edirəm, psixoloji problemlər yaşamasaq, hər şey yaxşı bitəcək. İnanıram ki, bu sınaqlardan üzüağ çıxa biləcəyik”.

 

Qeyd edək ki, “Qarabağ” – “Dnepr” oyunu noyabrın 6-da saat 21:00-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.