“İnter” Azərbaycanın aparıcı klublarındandır. Həmişə yüksək yerlər uğrunda mübarizə aparır”. Apasport.az saytının məlumatına görə, bu sözlər Bakı “İnter”inin sabiq futbolçusu Petar Zlatinova məxsusdur.
Bolqarıstan mətbuatına müsahibə verən Zlatinov 5 ildən artıq şərəfini qoruduğu “İnter” klubundakı günlərindən də danışıb: “5 il yarım çıxış etdiyim ölkədə iki dəfə çempion olduq. Sübut etdik ki, hamıdan güclüyük. Lakin çox üzücüdür ki, kuboku qazana bilmədik. 4 dəfə finala yüksələn komanda heç vaxt qalib gəlməyib. Hər dəfə komandamıza nəsə mane olub. Mən Azərbaycana gedəndə orada heç də hər şey mükəmməl deyildi. Amma ildən-ilə xərclənən pullar özünü göstərdi. Orada futbol inkişafdadır. Kimsə bunun belə olmadığını iddia edirsə, bu, ağ yalandır. Əgər Berti Foqts və Toni Adams kimi insanlar bu ölkədə çalışmağa gedirsə, daha nə deyəsən...”.
Zlatinovun fikrincə, Azərbaycan başqa ölkələr üçün nümunə olmalıdır: “Tək futbol yox, ümumiyyətlə idman inkişaf edir. Görün, nə qədər bolqar mütəxəssis və idmançı bu ölkəyə gedib. Beş ağırlıqqaldıranımız və baş məşqçiləri Zlatan Vanev, güləş məşqçisi Simeon Şterev və başqaları... İnsanların bu istiqamətə üz tutmasına da təəccüblənmək lazım deyil”.
Qeyd edək ki, 2008-13-cü illərdə “İnter”də çıxış edən Zlatinov hazırda vətənində “Liteks”in şərəfini qoruyur.
- “Fənərbaxça”dan müdafiəyə yeni həmlə – Adil Demirbağ üçün rəsmi təklif
- “Roma” Ostervolde "dəftərini bağlamayıb" – Yanvarı gözləyirlər
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu