“Əgər futbolçunun qorxusu varsa...”
19.10.2015 - 08:28
“Əgər futbolçunun qorxusu varsa...”

“Biz vəziyyəti təhlil etmişik. Henrik Mxitaryan yəqin ki, bizimlə birlikdə “Qəbələ” ilə qarşılaşmaya uçmayacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Borussiya” klubunun icraçı direktoru Hans Yoahim Vatske deyib.

 

O, Avropa Liqasının qrup mərhələsinin III turunun “Qəbələ” ilə qarşılaşmasına gəlməyəcək erməni futbolçu Henrik Mxitaryanla bağlı qərarın səbəbini açıqlayıb: “Azərbaycan və Ermənistan arasında ciddi münaqişə var. Biz futbolçularımızın qayğısına qalmalıyıq. Əgər Mxitaryanın qorxusu varsa, biz bunu nəzərə alacağıq”.

 

Qeyd edək ki, oktyabrın 22-də baş tutacaq “Qəbələ” – “Borussiya” oyunu “Bakcell Arena”da keçiriləcək.

0