“Əgər stadionda olsaydım, meydana girib, Neymarı dikdabanımla döyərdim”
21.06.2015 - 16:34
“Əgər stadionda olsaydım, meydana girib, Neymarı dikdabanımla döyərdim”

Amerika Kuboku çərçivəsində Braziliya – Kolumbiya oyununda yaşanmış instidentlə bağlı müxtəlif reaksiyalar gəlməkdədi. Apasport.az saytının məlumatına görə, hadisəyə qarışan futbolçulardan biri olan kolumbiyalı Karlos Bakkanın anası da məsələyə münasibət bildirib.

 

Oyunu televiziyadan izləyən Eloisa Ahumada yerli mətbuata verdiyi açıqlamasında Neymara çox əsəbləşdiyini deyib:

 

“Neymarın hərəkəti çox yanlış idi. Aldığı cəzanı da haqq etdi. Əgər o dava-dalaş vaxtı stadionda olsaydım, meydana girib, Neymarı dikdabanlarımla döyərdim. Bir çox qadın da mənə dəstək olardı”.

 

Oğlunun iki oyunluq cəzalanması haqqında da danışan xanım Ahumada bundan çox narahat olduğunu bildirib:

 

“Karlosun heç vaxt bu cür olaylara qarışdığını görməmişdim. Özünə də dedim ki, belə hadisələrdən uzaq durmalı idi”.