“Barselona” və “Real”ın veteranları arasında baş tutacaq “El Klassiko”da forma geyinəcək futbolçular müəyyənləşib. Apasport.az saytının məlumatlına görə, bu gün Panamada keçiriləcək qarşılaşmada bir çox tanınmış similar yer alıb.
Belə ki, Kataloniya klubun heyətində meydana Roberto Bonano, Luis Milya, Edqar Davids, Françesko Koko, Qaiska Mendeta, Andoni Qoykoetçea, Juliano Belletti, Lyudovik Juli, Patrik Klyuvert və Rivaldo çıxacaq.
Madrid təmsilçisində isə “Barsa”ya qarşı Santilyana, Fransisko Pavon, Fernando Moryentes, Luiş Fiqu, Kristian Karambyo və Fernando Redondo mübarizə aparacaq.
Qeyd edək ki, “El Klassiko” “Rommel Fernandes” stadionunda keçiriləcək. Biletlərin dəyəri isə 20-125 dollar olacaq.