“Ən yaxşı oyunçu Messidi, ikinci isə zədəli Messi”
18.05.2015 - 00:49
“Ən yaxşı oyunçu Messidi, ikinci isə zədəli Messi”

“Barselona” prezidenti Xosep Mariya Bartemeu katalonların İspaniya çempionluğunu qazanması haqqında fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, titulun onların haqqı olduğunu deyən prezident, bunu haqq etdiklərini qeyd edib:

 

“Mən hər kəsi təbrik edirəm. Sübut etdik ki, ən böyük bizik. Messi? O çoxlu qollar vurub və çempionluğun əsas memarlarından biridi. Messi həmişə dünyanın ən yaxşı oyunçusu olub. İkinci ən yaxşı oyunçu isə zədəli Messidi”.