“Fənərbaxça” cəzalandırıldı
10.03.2015 - 22:20
“Fənərbaxça” cəzalandırıldı

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Fənərbaxça”nı cəzalandırıb. Apasport.az saytının məlumatına görə, buna ölkə kubokunun 1/4 final mərhləsinin ilk oyunları çərçivəsində səfərdə “Mersin İdmanyurdu” ilə görüşdə azarkeşlərin pis və çirkin şüarllar səsləndirməsi səbəb olub.

 

Belə ki, Mersində baş tutan qarşılaşmada İstanbul nəhəngi 1:2 hesabı ilə qalib gəlib. Həmin matçda azarkeşlərin tutduğu əməllər İntizam Komitəsi tərəfindən cəzasız qalmayıb. Qurum “sarı bülbüllər”in səfər oyununda tribünalarını bağlayıb.

 

Bundan başqa, İntizam Komitəsi “Fənərbaxça”ya 2500 TL pul cəzası da kəsib.