“Fənərbaxça” danimarkalı futbolçu alır
16.06.2015 - 20:43
İstanbulun “Fənərbaxça” klubu Danimarka milli komandasının müdafiəçisi Simon Kyaerin transferini bitirmək üzrədi. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “bülbüllər” artıq futbolçu və klubu “Lill” ilə danışıqlar apardıqlarını rəsmi olaraq bildiriblər.
Bu yaxınlarda ailəsi ilə birlikdə İstanbula gəlmiş futbolçunun keçidi artıq həll olunmuş hesab olunur.
Qeyd edəki ki, danimarkalı müdafiəçi ötən mövsüm “Lill” forması ilə meydana çıxdığı 42 oyunda 3 dəfə fərqlənməyə də imkan tapıb.
0
0