“Fənərbaxça” müdafiəçisini klubdan göndərdi
30.01.2014 - 23:33
“Fənərbaxça” müdafiəçisini klubdan göndərdi

“Fənərbaxça”nın nigeryalı futbolçusu Cozef Yobo karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

 

Belə ki, “Norviç Siti” 33 yaşlı müdafiəçini heyətinə qatıb. Anlaşmaya görə, Yobo mövsüm sonuna qədər yeni komandasında icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, Nigeriya millisinin üzvü 2012-ci ildə “Everton”dan Türkiyə təmsilçisinə keçib. O, cari mövsüm Superliqada 1 matça çıxıb və 1 qolla fərqlənib.