“Fənərbaxça” rəsmən portuqaliyalı məşqçiyə tapşırıldı
11.06.2015 - 16:42
“Fənərbaxça”, nəhayət ki, yeni baş məşqçisinə qovuşub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bir neçə gün əvvəl “sarı-lacivərdlilər”lə ilkin razılıq əldə edən Vitor Pereyra rəsmən baş məşqçi təyin edilib.
Dünən gecə idman direktoru Guiliano Terraneo ilə birlikdə İstanbula gələn və klub prezidenti Əziz Yıldırımla görüşən portuqaliyalı mütəxəssis ardından iki illik rəsmi müqaviləyə qol çəkib.
Qeyd edək ki, Vitor Pereyra ötən mövsüm “Olimpiakos”u çalışdırıb və bu komanda ilə Yunanıstan çempionu olub.
0
0