Vitor Pereyranın “Fənərbaxça”nın “sükanı arxası”na keçməsi üçün bir maneə qalmayıb. Apasport.az saytı xəbər verir ki, 47 yaşlı mütəxəssis klubu “Olimpiakos”la yollarını ayırıb.
Bu günlərdə İstanbula gələrək “Fənər” prezidenti Əziz Yıldırımla görüşən və ilkin müqavilə imzalayan Pereyra ardından Yunanıstana yollanaraq, çalışdırdığı “Olimpiakos” klubundan istefa verib. Yunanlar da onun istefasını qəbul edib və portuqaliyalı mütəxəssisin ordan gedişi rəsmiləşib. Vitor Pereyranın yaxın günlərdə yenidən Türkiyəyə gəlməsi və “Fənərbaxça” ilə rəsmi müqaviləyə qol çəkməsi gözlənilir.
Qeyd edək ki, “Olimpiakos” geridə qalan mövsümdə Vitor Pereyranın rəhbərliyi altında Yunanıstan çempionu olub.