“Fənərbaxça”da daha bir ayrılıq
13.04.2015 - 16:19
“Fənərbaxça”da “yarpaq tökümü” davam edir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Dirk Kuytdan sonra Dieqo Ribas da klubla yollarını ayırmağa hazırlaşır.
Braziliyalı yarımmüdafiəçi iki aydı maaşını almadığı üçün Türkiyə Futbol Federasiyasına və UEFA-ya rəsmi müraciət edib. Dieqo kluba isə bu məktubu yazıb: “Orda olmasam da, maaşımı almaq hüququna sahibəm. 2 aydı pulum verilmir. Belə davam etsə, müqaviləmi təktərəfli ləğv edəcəyəm”.
Qeyd edək ki, Dieqo “Fənərbağça”ya mövsümün əvvəlində “Atletiko”dan keçib.
- İngilis mütəxəssis “Vest Hem”i pulsuz çalışdırmağa hazırdır
- Xabi Alonso üçün son şans: Derbiləri udmasa...
- Taylandda faciə: Fransız futbolçu selfi çəkmək istədi, yıxılaraq öldü
- Erlinq Halanddan yeni rekord: Premyer Liqada 20 qol, Avropada liderlik
- “Barselona” Super Kubokda rekord qırdı – “Atletik Bilbao”ya 5 cavabsız qol
0
0