Superliqanın son qalibi “Fənərbaxça” növbəti dəfə ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, daha əvvəl Caner Erkini itirən İstanbul klubu bu dəfə Raul Meyreleşin xidmətindən istifadə edə bilməyəcək.
Türkiyə çempionatının II turunda səfərdə “Trabzonspor”la qarşılaşmanı hər iki futbolçu kənardan izləyəcək.
Əzələsi dartılan portuqaliyalı yarımmüdafiəçi məşqi yarımçıq tərk etməli olub. Canerin isə sağ ayağnda yırtıq aşkarlanıb. “Sarı-bülbüllər”in futbolçuları təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaqlar.
Qeyd edək ki, “Trabzonspor” – “Fənərbaxça” qarşılaşması sentyabrın 14-də keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.