“Fənərbaxça”da şad xəbər: Musa Sou qayıdır
25.02.2014 - 20:33
“Fənərbaxça”da şad xəbər: Musa Sou qayıdır

Türkiyə Superliqasının növbəti turunun hazırlıqlarına start verən “Fənərbaxça”da Musa Sou sevinci yaşanır. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, uzun müddətdir ki zədə səbəbindən “sarı-lacivərdlilər”ə kömək edə bilməyən seneqallı futbolçunun vəziyyəti get-gedə yaxşılaşır.

 

Belə ki, 28 yaşlı hücumçu bu gün komanda ilə birlikdə çalışıb. Onun yaxın günlərdə tam hazır olacağı deyilir.

 

Qeyd edək ki, Seneqal millisinin də üzvü olan Sou 2012-ci ildə Fransa təmsilçisi “Lill”dən İstanbul klubuna keçib.