“Fənərbaxça”lı oynamadan zədələndi
14.04.2015 - 20:41
“Fənərbaxça”nın əvəzedici heyətində yer alan Miloş Krasiç zədələnib. Apasport.az saytının məlumatına görə, ilk 11-ə düşməyən serbiyalı hazırlıq zamanı ciddi problemlə üzləşib.
Belə ki, Krasiçin baldır sümüyü qırılıb və o məşq prosesini yarımçıq saxlayıb. Həkimlər zədənin nə zaman sağalacağı barədə məlumat verməyiblər.
Qeyd edək ki, serbiyalı uzun müddətdi ki, komandasına kömək edə bilmir. “Sarı-lacivərdlilər”in üzvü “Bastiya” klubuna icarəyə verilsə də, yenidən komandasına qaytarılıb.
0
0