“Fənərbaxça”nın ulduzu əvvəlki komandasına qayıdır
10.04.2015 - 20:49
“Fənərbaxça”nın ulduzu əvvəlki komandasına qayıdır

“Fənərbaxça”nın  aparıcı  simalarından biri İstanbul klubu ilə yollarını ayırmaq üzrədi. Apasport.az saytının məlumatına görə, “sarı-lacivərdlilər”in ulduzu Dirk Kuyt əvvəlki komandasına qayıtmaq barədə qərar verib.

 

“Feyenord”un rəsmi internet səhifəsində isə artıq futbolçu ilə bir illik müqavilənin imzalandığı xəbəri yer alıb. Kuyt, ölkəsindən kənarda keçirdiyi 9 ilin sona yetdiyini, karyerasını doğma vətənində başa vurmaq istədiyini bildirib.  

 

Qeyd edək ki, Dirk Kuyt 2003-2006-cı illərdə “Feyenord”da çıxış edib.