“Fənərbaxça”nın ulduzu klubundan ayrıla bilər
08.04.2015 - 19:06
“Fənərbaxça”nın istedadlı oyunçularından sayılan Alper Potuk karyerasını “Fiorentina”da davam etdirə bilər. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, futbolçu İtaliya klubunun maraq dairəsinə uzun müddətdən bəri düşüb.
Florensiyalılar, xüsusilə, mövsümün ikinci dövrəsindən başlayaraq, Alperin oyununa izləyirlər. Artıq onun üçün 10 milyon avroluq transfer məbləği də müəyyənləşdirilib.
Qeyd edək ki, Alper Potuk cari çempionatda 23 qarşılaşmada meydana çıxıb. Həmin matçlarda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0