“Fənərbaxçada” sürpriz ayrılıq
14.06.2015 - 23:44
İstanbulun “Fənərbaxça” klubu qapıçı Mərt Günokla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu barədə qapıçı özü “tvitter” hesabından məlumat yayıb.
Müqaviləsi başa çatan futbolçu klubdan yeni təklif gəlmədiyi üçün başqa komandalarla danışıq apara biləcəyini bildirib.
Xatırladaq ki, Mərt Günok “Fənərbaxça”nın öz yetirməsidi.
0
0