Almaniya II Bundesliqasında XV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü Toğrul Eratın şərəfini qoruduğu Düsseldorf "Fortuna"sı da növbəti matçına çıxıb.
Təmsilçimizin komandası səfərdə "Aalen"lə üz-üzə gəlib. Görüşdə meydan sahibləri 3 xalı 2 qolla aktivinə yazdırıb.
Bu matçda Erat qarşılaşmanı ehtiyat oyunçular skamyasında keçirib. Komandasının 2:0 hesabı ilə uduzduğu oyunda Toğrul meydana çıxmağa şansı qazanmayıb.
Qeyd edək ki, 15 matçda 25 xal toplayan "Fortuna" hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı