“Futbol kralı” əməliyyat olundu
14.11.2014 - 01:35
“Futbol kralı” əməliyyat olundu

Əfsanəvi braziliyalı oyunçu Pele əməliyyat olunub. Apasport.az saytı xəbər verir ki, ötən gecə böyrəklərindəki sidik borusu və sidik kisəsində daşların oynamasına görə San-Paulodakı klinikaların birinə yerləşdirilən “Futbol kralı”nın vəziyyəti stabildi.  

 

Xatırladaq ki, 74 yaşlı Pele mədədə kəskin ağrıların olmasına görə “Albert Eynşteyn” adına xəstəxanaya çatdırılmışdı. O, bir kitab nümayişinə baş çəkməyi planlaşdırırdı ki, vəziyyəti pisləşib və tədbiri təxirə salmaq məcburiyyətində qalıb.