“Futbolçuları daim səhər yeməkləri ilə doyuzdurmaq olmaz”
24.02.2014 - 20:33
“Futbolçuları daim səhər yeməkləri ilə doyuzdurmaq olmaz”

Ukraynanın “Metallist” klubunun baş məşqçisi Miron Markeviç istefa verib. Apasport.az saytının xəbərinə görə, bu barədə 62 yaşlı mütəxəssis yerli KİV-ə aşıqlamasında məlumat verib.

 

O, başqa çıxış yolu olmadığını deyib: “Komanda göz önündə dağılır, mən bunun şahidi olmaq istəmirəm. Bir həftədən sonra futbolçular azad agent olacaqlar. Baş verənlərdən təəssüflənirəm. Başqa çıxış yolum yox idi. Bu, çoxdan davam edirdi. Daim borc içində idik. Uzun müddət belə davam edə bilməzdi. Ola bilsin, istefam kimisə hərəkətə keçirər və klubla məşğul olmağa başlayarlar. Futbolçuları daim səhər yeməkləri ilə doyuzdurmaq olmaz. Çətin qərar olsa da, başqa çıxış yolum yox idi”.

 

Klubun mətbuat xidməti də Markeviçin istefasını təsdiqləyib. Səbəb kimi əmək haqqı borcları və klubun sahibi Sergey Kurçenko ilə fikir ayrılıqları göstərilib.

 

Qeyd edək ki, Markeviç 2005-ci ildən Ukrayna təmsilçisini çalışdırır. Hazırda komanda ölkə çempionatında 16 oyundan sonra 33 xalla 2-ci pillədə qərarlaşıb.