“Futbolçularımız oynamağa deyil, gəzməyə çıxmışdılar”
12.09.2014 - 21:36
“Futbolçularımız oynamağa deyil, gəzməyə çıxmışdılar”

 “Deyiləsi sözüm yoxdur. Futbolçuların oyuna bu cür münasibəti ilə bizə çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Araz Naxçıvan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

 

54 yaşlı mütəxəssis Topaz Premyer Liqasının V turunun “İnter”lə matçı (1-3) haqda fikirlərini açıqlayıb: “Rəqib haqqında tam məlumat versək də, istədiyimiz oyunu meydanda görə bilmədik. Ümumilikdə, oyun görmədik. Sanki, futbolçularımız futbol oynamağa deyil, gəzməyə çıxmışdılar”.

 

Mənbə: pfl.az