“Heç də fikirləşdiyim kimi pis deyiləm”
16.10.2014 - 20:06
“Heç də fikirləşdiyim kimi pis deyiləm”

“Liverpul”un hücumçusu Mario Balotellinin uşaqlarla münasibəti heç də pis deyil. Apasport.az saytının məlumatına görə, bu haqda italiyalı futbolçunun özü danışıb

 

Balotelli bildirib ki, uşaqlar onu çox sevir: “Hər səhər yuxudan oyananda düşünürəm ki, dünən yəqin mənim haqqımda pis şeylər danışıblar. Amma sonra uşaqları görürəm və onlar məndən avtoqraf verməyimi xahiş edirlər. Bundan sonra anlayıram ki, heç də fikirləşdiyim kimi pis deyiləm. Özüm-özümlə oynamağı bacarıram, lakin uşaqları aldatmaq olamaz”.