“Həmin görüşdə yolverilməz səhvlər buraxdıq”
20.11.2014 - 10:00
“Hesab edirəm ki, ilk matçda uduzmağımız həlledici rol oynadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Naxçıvanın “Araz” futzal klubunun oyunçusu Amadeu deyib.
Braziliyalı legioner UEFA kubokunun elit-raundundakı uğursuzluğun səbəbini ilk oyundakı məğlubiyyətdə görür. Amadeu Slovakiyanın “Slov-Matik” klubuna 3:4 hesablı məğlubiyyətdən sonra Rusiya “Dina” sına 4:5 hesabı ilə yenilməyi təbii qarşılayıb: “Bu aydın idi ki, “Dina” ciddi rəqibdi. Amma slovakiyalılarla matçda uduzmamalı idi. Həmin görüşdə yolverilməz səhvlər buraxdıq”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0