“Həmin vaxt layiq olmadığımız məğlubiyyəti almışdıq”
13.09.2014 - 20:49
“Həmin vaxt layiq olmadığımız məğlubiyyəti almışdıq”

”İlk növbədə futbolçularımı təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu deyib.

 

Təcrübəli çalışdırıcı bu gün Topaz Premyer Liqasında V turun oyunda Zaqatalada “Simurq” üzərində qazanılan çətin qələbəyə şərh verib: “Biz AZAL-a qarşı yaxşı oynasaq da, uduzmuşduq. Həmin vaxt layiq olmadığımız məğlubiyyəti almışdıq. Uğursuz oyundan sonra “Simurq”la görüş önəmli idi. Futbolçularım vacib işin öhdəsindən gəldilər. “Simurq”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”. 

 

Mənbə: pfl.az