"Püşkatmada mən yox, başqa nümayəndəmiz iştirak edirdi. Hazırda rəqibimiz haqqında çox da məlumata malik deyiləm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
O, klubun rəsmi saytına açıqlamada Avropa Liqasının pley-off mərhələsinin püşkatması haqda fikirlərini açıqlayıb. Klub rəsmisi İsveçrə təmsilçisi “Yanq Boyz” barədə fikirlərini bildirib: “Amma bu mərhələdə mübarizə aparırsa, deməli, "Yanq Boyz" da güclü komandadır. Biz də zəif komanda deyilik və bu matçlara çox ciddi hazırlaşacağıq ki, Avroliqanın qrup mərhələsinə yenidən düşək. Onu da qeyd etməliyəm ki, ilk matçın səfərdə baş tutması çox yaxşı oldu. Çünki Bakıdakı cavab oyununda hər şeyə aydınlıq gələcək. Üstəlik, bu müddətdə Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun bir az da yaxşılaşdırılması imkanı əldə edəcəyik. İnşallah, hər şey istədiyimiz kimi olacaq".
Qeyd edək ki, "Qarabağ" ilk oyununu Bernin 32 minlik "Stad de Suiss" stadionunda keçirəcək. Bu matç avqustun 20-də olacaq. Bundan bir həftə sonra isə Bakıda cavab matçı olacaq.