Buffon: Azərbaycanla oyundan sonra...
13.10.2014 - 01:08
Buffon: Azərbaycanla oyundan sonra...

"Azərbaycanla matçdan sonra hər şey qaydasındadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya milli komandasının qapıçısı Canluici Buffon deyib.

 

“Yuventus”un qolkiperi AVRO-2016-nın seçmə mərhələsində Malta ilə oyun öncəsi fikirlərini bildirib: “Biz növbəti oyun üçün var gücümüzlə çalışırıq. Hərçənd, komandamız Azərbaycanla oyunda top buraxdı. Biz 90 dəqiqə rəqibdən üstün idik. Oyunçuların yanaşması mənim xoşuma gəlir. Futbolçularımız sədaqətlə mübarizə aparır”.

 

Qeyd edək ki, Malta - İtaliya qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.