“Açığı, bu gün komandadan tələbim 3 xal idi. Vacib 3 xal qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
Topaz Premyer Liqasının XXVI turunun “Xəzər Lənkəran”la oyunu haqda fikirlərini açıqlayıb. Əhmədov 3:1 hesablı qələbədən razı qaldığını bildirib: “Öz oyunumuzu bir kənara qoyub, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədova təşəkkür edirəm ki, belə gözəl kollektiv yaradıb. Öz komandamın oyunundan razıyam. Xüsusən də hücumçular tapşırıqları yerinə yetirdilər. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin fasilədən maksimum yararlanmalıyıq”.
Mənbə: pfl.az