“Araz”la oyunumuz daha çətin alındı. Düzdü, 4:1 hesabı ilə öndə idik və daha sakit oynamalıydıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Dina” klubunun futzalçısı Danil Kutuzov deyib.
UEFA kubokunun Naxçıvan “Araz”ı ilə oyunundakı 5:4 hesablı qələbəyə şərh verən rusiyalı 3 xalın çətinliklə əldə olunduğunu bildirib: “Amma rəqib 5-ci sahə oyunçusunu meydana buraxdı. Amma yenə də onların çox sayda qol epizodu yaratdığını söyləmək olmaz. Düşünürəm ki, iki yersiz qol buraxdıq. Bundan sonra intriqa yarandı. Yaxşı ki, bizim Dima Prudnikovumuz var. Lazım olan anda vacib qol vura bilir”
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı