“Püşkün nəticələrini çox sakit qarşıladıq. Çünki potensial rəqiblərimizin adlarını bu gün səhərdən bilirdik. Bizim qrupdakı komandalara baxıb, müəyyən qənaətə gəlmişdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin bu gün keçirilən püşkatmasına münasibət bildirib. Qriqorçuk Yunanıstan “Panatinaikos”u ilə qarşılaşmalarda mübarizə aparacaqlarını qeyd edib: “Bizim üçün bütün rəqiblər güclüdü. Bu üzdən də hansı komandanın düşəcəyinin heç bir fərqi yox idi. Lakin bu, o demək deyil ki, biz təslim olacağıq. Əgər şansımız varsa, bunun üçün mübarizə aparacağıq. Lakin şansları dəyərləndirə bilmərəm. Çünki Yunanıstan klubu haqda məlumatın çox azdı. Hələ “Panatinaikos”u təhlil etməmişik. Hazırda buna vaxtımız da yoxdu. Çünki indi Premyer Liqanın “Qarabağ”la oyununu düşünürük. Bu qarşılaşma ilə paralel Avropa Liqasındakı rəqibi də öyrənəcəyik. İlk oyunun səfərdə keçirilməsini üstünlük saymıram. “Qəbələ” üçün bunun fərqi yoxdu. Düzdü, bəziləri üçün ilk oyunun harada keçirilməsi fərqli dərəcədə rol oynayır. Amma bu, o qədər önəmli deyil”