“İngiltərədəki ilk ilimdən çox narazıyam”
17.05.2015 - 15:48
“İngiltərədəki ilk ilimdən çox narazıyam”

"Madriddən “Mançester Yunayted”ə titul qazanmağa gəlmişdim. Ancaq İngiltərədəki ilk ilim çox pis alındı”. Apasport.az saytının goal.com-a istinadən məlumatına görə, bu sözləri argentinalı futbolçu Anxel di Mariya deyib.

 

İngiltərədəki ilk mövsümünü dəyərləndirən yarımmüdafiəçi çıxışından razı qalmadığını qeyd edib:

“Azarkeşlər əsl di Mariyanı görə bilmədilər. Mən bilirəm ki, daha yaxşı səviyyədə çıxış edə bilərəm. Mənə demişdilər ki, İngiltərədə ilk ilim çətin keçəcək, həqiqətən də elə oldu. Ancaq mənim arzum “Mançester Yunayted” tarixinin bir hissəsi olmaqdır. Bizim möhtəşəm klubumuz, əla azarkeşlərimiz və gözəl stadionumuz var”.