“İnter” – “Qarabağ” oyununun vaxtı açıqlandı
11.03.2014 - 16:30
“İnter” – “Qarabağ” oyununun vaxtı açıqlandı

Topaz Premyer Liqasında XXVI turun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 16-da baş tutacaq turun qarşılaşmaları eyni günə təsadüf edəcək.

 

Oyun günü ötən turun uğursuzları “Bakı” və “Qəbələ”nin dueli ilə başlayacaq. “İnter”lə “Qarabağ” arasında turun mərkəzi oyunu isə saat 17:00-da başlayacaq.

 

Topaz Premyer Liqası

XXVI tur

16 mart
 

15:00. “Sumqayıt” – “Xəzər Lənkəran”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
 

17:00. “İnter” – “Qarabağ”

“Şəfa” stadionu
 

14:00. “Bakı” – “Qəbələ”

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
 

17:00. “Neftçi” – AZAL

“Bakcell Arena”
 

15:00. “Simurq” – “Rəvan”

Zaqatala şəhər stadionu

 

Mənbə: pfl.az

0