“İnter” “Fənərbaxça”dan heç bir təklif almayıb
15.06.2015 - 20:21
“İnter” “Fənərbaxça”dan heç bir təklif almayıb

“Fənərbaxça”nın maraq dairəsində olduğu iddia edilən “İnter”in hücumçusu Freddi Quarinin meneceri bu xəbərləri təkzib edib. Apasport.az saytının məlumatına görə, menecer Marselo Ferreyra kolumbiyalı futbolçuya heç bir rəsmi təklif gəlmədiyini deyib:

 

“Nə bizə, nə də kluba heç bir rəsmi təklif gəlməyib. Əgər “Fənərbaxça”nın ciddi bir istəyi olsaydı, mənim də xəbərim olardı. Ümumiyyətlə, biz Quarin üçün yeni klub axtarmırıq. Futbolçumun Mançini ilə yaxşı münasibətləri var və müqaviləsinin sonuna – 2017-ci ilə kimi Milanda yaşamaq istəyir”.