“İnter” “Milan”ı qabaqladı
20.06.2015 - 18:25
“İnter” “Milan”ı qabaqladı

“Monako”nun futbolçusu Joffre Kondoqbia uğrunda gedən mübarizəni “İnter” qazanıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, dayaq yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Kondoqbia ilə “İnter”in əzəli rəqibi “Milan” da maraqlanırdı. Ancaq “neradzurra”nın təmsilçiləri daha cəld tərpənərək fransız futbolçunu razı sala biliblər.

 

Hələlik keçidin maliyyə tərəfləri haqqında məlumat verilmir.

 

Xatırladaq ki, 22 yaşlı futbolçu bu mövsüm “Monako” ilə çıxdığı 23 oyunda 1 qola imza atıb.