“İnter” “Qalatasaray”a rəqib çıxdı
13.10.2014 - 20:50
Avroliqada “Qarabağ”la eyni qrupda yer alan “İnter” “Qalatasaray”a rəqib çıxıb. Apasport.az saytının məlumatına görə, Milan klubu “Cim-Bom”un transfer siyahısında olan “Arsenal”ın iki futbolçusu Lukas Podolski və Col Kampbelli istəyir.
İstanbul nəhənginin yanvar ayında heyətinə qatmaq niyyətində olduğu hər iki oyunçu üçün “İnter” də yüksək məbləğdə pul ödəməyi planlaşdırır.
0
0