“İnter” “Samtredia” ilə qarşılaşacaq
09.10.2014 - 14:03
Gürcüstanda təlim-məşq toplanışında olan Bakının “İnter” klubu sabah ilk yoxlama oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, təmsilçimiz "Samtredia" ilə üz-üzə gələcək.
Kaxaber Sxadadzenin yetirmələrinin rəqibi Gürcüstanın Umaglesi liqasında mübarizə aparır. 8 turdan sonra bu komandanın aktivində 16 xal var. "Samtredia" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Samtredia” – “İnter” oyunu Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
0
0