“İnter” “Simurq”la qarşılaşacaq
11.11.2014 - 14:43
“İnter” “Simurq”la qarşılaşacaq

Millinin oyunu ilə bağlı Topaz Premyer Liqasında yaranan fasilədə “İnter” də məşq keçməklə kifayətlənməyəcək. Apasport.az saytının məlumatına görə, “bankirlər” noyabrın 13-də “Simurq”la gücünü sınayacaq.

 

Görüş “İnter Arena”da keçiriləcək. Qarşılaşma saat 17:00-da başlayacaq.

 

Qeyd edək ki, “İnter” “Simurq”la cari mövsüm artıq bu stadionda bir dəfə üz-üzə gəlib. Premyer Liqanın VIII turunun görüşündə hesab açılmamışdı.