“İnter” bizim üçün çətin rəqiblərdən biridir”
02.11.2014 - 18:33
“İnter” bizim üçün çətin rəqiblərdən biridir”

“İnter” bizim üçün çətin rəqiblərdən biridir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

 

Gənc çalışdırıcı bu gün Topaz Premyer Liqasının XI turunda evdə “İnter”lə qolsuz  bərabərə qalmalarından danışıb: “Bu komandaya qarşı oynamaq bizim üçün həmişə çox çətin olub. 5 oyundur ki, uduzurduq. Bu gün bir xal qazandıq. Baxımlı oyun olmadı. Amma azarkeşlər bizi dəstəklədilər. Fanatlara təşəkkür edirəm. Biz ardıcıl 5 oyunda uduzsaq da, heç vaxt hücum futbolundan imtina etmədim, müdafiədən oynamadıq. Bu turdan sonra çempionatda fasilə yaranacaq. Həmin müddət ərzində çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".(pfl)