“İnter” bosniyalı müdafiəçi transfer edir
25.06.2015 - 20:52
Milanın “İnter” klubu heyətini yeni müdafiəçi ilə gücləndirir. Apasport.az saytının “La Gezetta dello Sport”a istinadən məlumatına görə, milanlılar “Kyevo”nun bosniyalı müdafiəçisi Ervin Zukanoviçlə anlaşmağa yaxındı.
“Neradzurra” futbolçu üçün “Kyevo”ya 1 milyon avro ödəyəcək.
Qeyd edək ki, Bosniya və Hersoqovina milli komandasının da formasını geyinən 28 yaşlı futbolçu ötən mövsüm “Kyevo” forması ilə 29 oyunda meydana çıxıb və 2 qola imza atıb.
0
0