“İnter” braziliyalı müdafiəçi ilə anlaşdı
16.06.2015 - 23:57
“İnter” braziliyalı müdafiəçi ilə anlaşdı

Milanın “İnter” klubu “Atletiko”nun braziliyalı futbolçusu Joao Mirandanı heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, “neradzurra” artıq 30 yaşlı müdafiəçi ilə prinsipdə anlaşıb.

 

Əsas məsələ isə Madrid klubunu bu keçidə razı salmaqdı. Hələlik iki klub transfer məbləğində razılaşa bilmir. Milanlılar keçid üçün 12 milyon avro təklif edir, “hindular” isə 16 milyondan güzəştə getmək istəmirlər.

 

Xatırladaq ki, Miranda geridə qalan mövsümdə “Atletiko” ilə 23 matçda meydana çıxıb, 3 qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.