"İnter" də "abunəçi"yə çevrildi
17.03.2014 - 16:37
"İnter" də "abunəçi"yə çevrildi

Topaz Premyer Liqasının XXVI turu daha 2 cütdə bir komandanın digərini 3-cü dəfə məğlub etməsi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Qarabağ” “İnter”, “Simurq” isə “Rəvan”la qarşılaşmalarda rəqibinə xal verməmək ənənəsini davam etdirib.

 

“Bankirlər” prezidenti Georgi Nikolovun mətbuata bəxş etdiyi “abunəçi” sözünü yada salsaq, bakılıların özü bu funksiyanı yerinə yetirir. “Qarabağ”a “abunə” ödəyən “İnter” 9 belə cütdən 3-nün iştirakçısıdır. Onlar ağdamlılara 9 xal veribsə, autsayderlərdən 18 xal qoparıb. “Rəvan”la “Sumqayıt” daha bir komanda – “Simurq” üçün də 18 xal mənbəyi olub.

 

Qeyd edək ki, XXVII turda “abunəçilər”in sayı arta bilər. Çünki “Neftçi” “Rəvan”, “Qarabağ” “Sumqayıt”, “Qəbələ” “İnter” üzərində 2 qələbəyə malikdir.

 

İlk 3 dövrədə eyni komandanın qalib gəldiyi cütlər

“Qəbələ” - “Qarabağ” – 0:1, 3:4, 0:1

“İnter” – “Qarabağ” – 1:2, 0:2, 0:3

“Qəbələ” – “Neftçi” – 1:2, 1:2, 1:2

AZAL – “Qəbələ” – 1:2, 0:1, 1:2

“Simurq” – “Bakı” – 0:3, 2:3, 0:1

“Rəvan” – “İnter” – 1:5, 0:2, 1:2

“Sumqayıt” – “İnter” – 0:2, 0:2, 0:1

“Simurq” – “Rəvan” – 2:0, 3:0, 2:0

“Simurq” – “Sumqayıt” – 3:1, 1:0, 4:0