Azərbaycan kubokunun final oyununda cəzalı futbolçu olmayacaq. Apasport.az saytının məlumatına görə, həlledici qarşılaşmada üz-üzə gələcək “Neftçi” və “Qarabağ” yarımfinalın cavab matçını itkisiz başa vurub.
Bu komandaların heyətində sarı vərəqə alanlardan Erik Ramos 3-cü, digərləri ilk dəfə xəbərdarlıq aldığından finalda oynamaq imkanını qoruyur. Ümumiyyətlə, yalnız bir oyunçu üçün yarımfinalın cavab matçındakı vərəqə 2-ci olub.
Bu da “İnter”in yarımmüdafiəçisi Derlis Meza Kollidi. Əgər bakılılar finala çıxsaydı, legioner həmin matçı buraxacaqdı.
Qeyd edək ki, cavab oyunlarında “İnter” “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib, “Simurq” “Qarabağ”la qolsuz heç-heçəyə nail olub.