“İnter” Gürcüstanda 2 dəfə məşqə çıxdı
06.10.2014 - 01:27
“İnter” Gürcüstanda 2 dəfə məşqə çıxdı

Topaz Premyer Liqası təmsilçisi "İnter" milli komandanın oyunları ilə əlaqədar olaraq  Gürcüstanda təlim-məşq toplanışını dava etdirir. Apasport.az saytının məlumatına görə, ötən gün komanda iki dəfə məşqə çıxıb.

 

Səhər məşqində futbolçular daha çox fiziki tapşırıqlar üzərində çalışıblar. Axşam məşqində komanda iki qrupa ayrılıb futbol oynayıblar.

 

Qeyd edək ki, "İnter" bu gün də məşq edəcək. Məşq yerli vaxtla saat 17.00-da başlanacaq.